AZ

AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Telesəhər" yeni mövsümə yeni simalarla hazırdır.
Belə ki, 9 sentyabrdan yayıma başlayacaq verilişə yeni aparıcılar təyin olunub.
Verilişin aparıcıları Şaiq Ağayev, Təranə Quliyeva, İskəndər İbrahim və Könül Cəfərzadədir.
Şaiq Ağayev altı ildir ki, AzTV-də aparıcı vəzifəsində çalışır. Daha əvvəl "Regional", "Region", ATV və ARB TV-də çalışıb.
Təranə Quliyeva daha öncə Lider TV-də redaktor, GünAz TV və ATV-də aparıcı, son olaraq MTV-də layihə rəhbəri və aparıcı kimi çalışıb.
İskəndər İbrahim Xəzər TV, Xəzər FM və Araz FM-də aparıcı vəzifəsində çalışıb.
Könül Cəfərzadə isə həm aktrisa, həm də aparıcı kimi fəaliyyət göstərir. İki ildir ki, AzTV-də çalışır və son olaraq "Üçbucaq" verilişinin aparıcısı olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
oxu.az

5Mənbələr