AZ

Bu da AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları

AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları bəlli olub.

Publika.az xəbər verir ki, "Telesəhər" yeni mövsümə yeni simalarla hazırdır.

Belə ki, 9 sentyabrdan yayıma başlayacaq verilişə yeni aparıcılar təyin olunub.

Verilişin aparıcıları Şaiq Ağayev, Təranə Quliyeva, İskəndər İbrahim və Könül Cəfərzadədir.

Şaiq Ağayev altı ildir ki, AzTV-də aparıcı vəzifəsində çalışır. Daha əvvəl "Regional", "Region", ATV və ARB TV-də çalışıb.

Təranə Quliyeva daha öncə Lider TV-də redaktor, GünAz TV və ATV-də aparıcı, son olaraq MTV-də layihə rəhbəri və aparıcı kimi çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
publika.az

5Mənbələr