AZ

"Kristal Bakı” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq - TARİX

5 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində "Kristal Bakı” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır.

Səhmlər üzrə yerləşdirmə 18 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Kristal Bakı” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1001022255

Səhmlərin növü və forması:  Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması:  Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı: 990,000 (ədəd)

İlkin ticarət qiyməti:  1 manat

Buraxılış həcmi: 990,000 manat

Anderrayter: “Assist Finance İ.Ş” ASC

Ticarətə buraxılma tarixi:  18.09.2024

Kristal Bakı səhmlər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
marja.az

10Mənbələr