AZ

Azadlıq prospektində də avtobus zolağı təşkil edildi

Azadlıq prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün 3 km-ə yaxın xüsusi hərəkət zolağı təşkil edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Qeyd edək ki, sözügedən prospektdən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120700-ə yaxın sərnişin daşınır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
37
marja.az

10Mənbələr