AZ

Könül Əliyeva Avropa çempionatının qalibi olub

Könül

Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

Məlumata görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.

O, həlledici görüşdə Zilan Ertemi (Türkiyə) məğlub edib.

Finalda Nazar Viskova (Ukrayna) uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq(Report).
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
21
reyting.az

10Mənbələr