AZ

Xuan Mata Avstraliya klubunda oynayacaq

İspaniya millisi ilə Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 36 yaşlı yarımmüdafiəçi "Uestern Sidney Uonderers" ilə razılığa gəlib.

Qeyd edək ki, İspaniyada "Valensiya", İngiltərədə "Çelsi", "Mançester Yunayted" və Türkiyədə "Qalatasaray" kimi klublarda oynamış Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. Onun son iş yeri bu ilin fevralında ayrıldığı Yaponiya "Vissel Kobe"si olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
9
fanat.az

9Mənbələr