AZ

Dünya və Avropa çempionu olmuş futbolçu Avstraliya klubuna keçib

İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

36 yaşlı yarımmüdafiəçi \"Uestern Sidney Uonderers\"də çıxış edəcək.

Qeyd edək ki, İspaniyada \"Valensiya\", İngiltərədə \"Çelsi\", \"Mançester Yunayted\" və Türkiyədə \"Qalatasaray\" kimi klubların formasını geyinmiş Mata 2009-2016-cı illər aralığında İspaniya yığmasında çıxış edib. O, 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionatının qalibi olub.
 
///report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
9
azxeber.com

9Mənbələr