AZ

Zərdabda faciə: Gənc qız əməliyyatdan sonra vəfat etdi - YENİLƏNİB

04 sentyabr 2024-cü il tarixində saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib. 

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 

Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub. Daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb. Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. 

 

Saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

***

12:14

Zərdabda 18 yaşlı qız vəfat edib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib.

 

Rayonun Qoruqbağı kənd sakininin ötən gün keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
23
modern.az

10Mənbələr