AZ

Putin: "Uzaq Şərq geoloji tədqiqatların dəfələrlə çox inkişaf potensialına malikdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Uzaq Şərq gələcək iqtisadiyyat üçün zəruri olan titan, litium, niobium, nadir torpaq metalları və digər resursların axtarışı və hasilatı üçün potensiala malikdir".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında bəyan edib.
"Uzaq Şərq geoloji tədqiqatların dəfələrlə çox inkişaf potensialına malikdir. O cümlədən söhbət gələcək iqtisadiyyatda tələb olunan yüksək texnoloji xammalın - titan, litium, niobium, nadir torpaq metallarının axtarışı və hasilatından gedir", - deyə o bildirib.
Bundan əlavə, Putin bildirib ki, Rusiya Uzaq Şərqdə mülki məqsədlər üçün pilotsuz uçuş aparatları layihəsini başladacaq.
"Biz Uzaq Şərqdə qabaqcıl yaradıcı sahələrin, böyük məlumat iqtisadiyyatının infrastrukturunun, süni intellektin inkişafını dəstəkləyəcəyik. O cümlədən, mülki məqsədlər üçün pilotsuz uçuş aparatlarının emalı üçün zona təşkil edəcəyik", - deyə o bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
281
50
oxu.az

10Mənbələr