AZ

Şimali Koreya zibil daşıyan daha 420 şar göndərdi

Cənubi Koreyanın Şimali Koreyanın sərhəd bölgələrinə zibil daşıyan daha 420 şar göndərdiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya ilə Cənubi Koreya arasındakı gərginlik qarşılıqlı hərbi təlimlər kölgəsində davam edərkən, Pxenyan tərəfindən bölgədəki gərginliyi daha da artıracaq bir addım atılıb.

Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada Şimali Koreyanın dünən gecədən bu gün səhərə qədər ölkənin sərhəd bölgələrinə zibil daşıyan ən azı 420 şar göndərdiyi bildirilib. Kağız və plastik butulka kimi tullantıları daşıyan şarlardan 20-nin paytaxt Seul və Gyeonggi əyalətinə düşdüyü qeyd edilərkən, yoxlamalar zamanı heç bir təhlükəli maddə aşkar edilmədiyi bildirilib.

Açıqlamada, Pxenyanın bu gün tullantı daşıyan şarlar göndərməyə davam etdiyi deyilib: “Şimali Koreya səhər saat 09:00-dan etibarən yenidən şar göndərməyə başladığı üçün ictimaiyyəti ola biləcək şübhəli obyektlərə qarşı diqqətli olmağa çağırırıq. Tullantı daşıyan şarları görsələr təhlükəsizlik bölmələrinə məlumat versinlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
sia.az

10Mənbələr