AZ

"Sumqayıt" monteneqrolu müdafiəçi ilə gücləndi

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.

"Operativ Media" xəbər verir ki, "Sumqayıt" monteneqrolu futbolçu Miloş Miloviç ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi komandamızda 95 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” FK bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli və Alan Diasın keçidini reallaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
13
operativmedia.az

10Mənbələr