"Qalatasaray" Viktor Osimheni rəsmən icarə əsasında 1 illik heyətinə qatıb. 

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı futbolçu ilə müqavilənin detallarını açıqlayıb. Türkiyə klubu Osimheni "Napoli"dən pulsuz transfer edib. 

"Cim-Bom" 2024-25 mövsümü üçün futbolçuya 6 milyon avro məvacib ödəyəcək. Viktor 45 nömrəli formanı geyinib.