AZ

"Qalatasaray" dünya ulduzunun transferini açıqladı — Maaşı nə qədər olacaq?

"Qalatasaray" Viktor Osimhenin transferini rəsmən açıqlayıb.

Demokrat.az xəbər verir ki, İstanbul klubu bu barədə rəsmi məlumat yayıb.

"Qalatasaray" Osimhemi "Napoli"dən icarəyə götürüb. O, 2025-ci ilin yayına qədər Türkiyədə çıxış edəcək.

Osimhen bu müddətdə 6 milyon avro maaş alacaq. Onun üçün "Napoli"yə icarə haqqı ödənilməyəcək.

Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın "Volfsburq" klubunda başlayıb. 2018-2019-cu illərdə Belçikanın "Şarleru" klubunda çıxış edib. 2019-cu ildə Fransanın "Lill" klubu onu 22,4 milyon avroya heyətinə qatıb. 2020-ci ildə isə "Napoli" afrikalı futbolçunu 77,5 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 100 milyon avro qiymət qoyub.

Peşəkar karyerası ərzində Osimhen 223 rəsmi oyuna çıxıb, 114 qol vurub və 28 məhsuldar ötürmə edib. O, 2022/23 mövsümündə "Napoli"nin heyətində İtaliya çempionu olub. Həmin mövsüm A Seriyasında 32 oyuna çıxıb, 26 qol vurub və 5 məhsuldar ötürmə edib.

Osimhen 2015-ci ildə Nigeriyanın U-23 komandası ilə Afrika Kubokunu, U-15 komandası ilə isə dünya çempionluğunu qazanıb. 2017-ci ildən əsas milliyə çağırılan hücumçu 35 oyunda 21 qol vurub.

Jalə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
9
demokrat.az

8Mənbələr