AZ

İsrail ordusu Tulkərmdə iki fələstinli radikalıZƏRƏRSİZLƏŞDİRDİ

İsrail ordusu İordan çayının qərb sahilindəki Tulkərm şəhəri ərazisində davam edən antiterror fəaliyyətləri zamanı iki fələstinli radikalı zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, radikallar məhv edildikdən sonra onların yanından “M-16” tüfəngi aşkar edilib.

Məlumatda vurğulanır ki, bölgədə keçirilən reydlər zamanı İsrail hərbçiləri tərəfindən uşaq arabasında gizlədilən partlayıcı qurğu aşkarlanıb, partlayıcı maddələr hazırlamaq üçün istifadə edilən laboratoriya dağıdılıb və bir neçə əldəqayırma qurğu məhv edilib.

Qeyd edək ki, sentyabrın 3-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Tulkərm şəhəri ərazisində İsrail hərbçilərinə atəş açan fələstinli radikalların bir dəstəsinə havadan zərbə endirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
redaktor.az

6Mənbələr