AZ

İsrail ordusu İordanın qərbində 2 fələstinli radikalı ZƏRƏRSİZLƏŞDİRDİ

İsrail ordusu İordan çayının qərb sahilindəki Tulkərm şəhəri ərazisində iki fələstinli radikalı məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, radikallar məhv edildikdən sonra onlardan “M-16” tüfəngi müsadirə edilib.

Qeyd edək ki, sentyabrın 3-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Tulkərm şəhəri ərazisində İsrail hərbçilərinə atəş açan fələstinli radikalların bir dəstəsinə havadan zərbə endirib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
bizim.media

2Mənbələr