AZ

Ərdoğan BRİKS sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRİKS (BRİCS) sammitində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Habertürk ” telekanalı Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

"Bloomberg" daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Türkiyə hakimiyyəti bir neçə ay əvvəl BRİKS-ə üzv olmaq üçün ərizə təqdim edib. Agentliyin məlumatına görə, assosiasiyanın genişləndirilməsi məsələsinə BRİKS-in oktyabrın 22-24-də Kazanda Türkiyə prezidentinin dəvət olunduğu sammitində baxıla bilər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sentyabrın 4-də jurnalistlərə bildirib ki, Türkiyə BRİKS-ə qoşulmaq üçün müraciət edib və ona baxılacaq. 

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
11
redaktor.az

10Mənbələr