AZ

Cəmi 1,5 selsi!.. Qlobal istiləşməni necə azaltmalı?

Bakı. Trend:

Azərbaycanın COP-29-a ev sahibliyi etməsinin əhəmiyyəti butədbirlə bağlı ölkəmizə yönələn qaralama kampaniyasından qat-qatönəmlidir. Çünki Azərbaycan qlobal miqyasda ən mühüm hadisələrdənbirinə ev sahibliyi edəcək və beynəlxalq arenanın bir nömrəlikonfransı ilk dəfə postsovet məkanında keçiriləcək. Digər tərəfdənbu tədbir Azərbaycana yalnız onu keçirməyə deyil, həm də mahiyyətiüzrə təşəbbüslər irəli sürməyinə imkan verəcək. Əsas məqsəd qlobalistiləşmənin qarşısını almaqdır. Yeni elmi araşdırmalar təsdiqləyirki, qarşıdakı 30 ildə böyük şəhərlərdə anomal iqlim dəyişiklikləriyaşanacaq. Avropa şəhərlərində hərarət 3,5-lə 4,7 dərəcə arasındaartacaq. Belə olan halda 30 il sonra London bügünkü Barselonaya,Sietl San Fransiskoya, Stokholm Budapeştə, Milan Dallasa, Madridisə Mərakeşə bənzəyəcək. Qlobal istiləşməyə təsir edən əsas faktorisə dünya üzrə karbon qazı emissiyalarının 2%-ə qədər artmasıdır.Bu, 2010-cu ildən bu yana qeydə alınan orta artım səviyyəsindən 70%çoxdur. Emissiyaların artımının 85%-i Çin, Hindistan və ABŞ-ınpayına düşür. Almaniya, Yaponiya, Meksika, Fransa və BöyükBritaniyada isə emissiyaların həcmi azalıb. Qlobal iqlimdəyişikliyi səbəbindən son 40 ildə dünyada onurğalıların sayı 60%azalıb. 1 milyon bitki və heyvan növü nəsli kəsilmək təhlükəsialtındadır. Mərcanların bütünlükdə məhv olma təhlükəsi var. Qlobalistiləşmənin yaratdığı kəskin quraqlıq dünyada qida çatışmazlığınınəsas amilidir və 2030-cu ilədək 100 milyon adam kəskin yoxsulluqlaüzləşə bilər.

BMT xəbərdarlıq edir ki, qlobal istiləşməni 1,5 selsi azaltmaqindi qarşıda duran əsas məqsəddir. Əks halda böhran daha dadərinləşəcək, təbii fəlakətlər qarşısıalınmaz hal alacaq. Elmadamları hesablayıb ki, atmosferdəki karbon dioksid həcmi XVIIIəsrin ortalarında baş verən sənaye inqilabından sonrakı dövrləmüqayisədə 40% artıb. Atmosferə buraxılan qazlar isə istixanaeffekti yaradır, bu isə Günəşdən gələn enerjinin Yer üzündə sıxışıbqalmasına səbəb olur və dünya sürətlə isinir. Deməli, indigəldiyimiz nöqtədə keçmişdəki kimi davam etmək şansımız yoxdur. Əkstəqdirdə gələcək nəsillər təhlükə altında qalacaq. Çünki son 150ildə Yür kürəsi 1 dərəcə selsi isinib və bu isinmənin üçdə ikisison 50 ildə meydana gəlib. Dünya üçün kritik hədd 2 dərəcəselsidir. Mütəxəssislər 2030-cu ilə qədər qlobal istiləşməninartımının 1,5 dərəcəni aşacağını xəbər verir.

Yerli ekspertlər deyir ki, Azərbaycandakı vəziyyət bir çoxhallarda qlobal vəziyyətlə eynilik təşkil etməsə də ciddinarahatlıq doğuran məqamlar yox deyil. Məsələn, bəzi regionaltəhdidlər, xüsusilə də Cənubi Qafqazın həm ətraf mühitinə, həm dəiçməli su ehtiyatlarına böyük zərbə vuran Ermənistandakı MetsamorAtom Elektrik Stansiyası hələ də ciddi təhlükə mənbəyi olaraqqalır. Digər bir məsələ qlobal iqlim dəyişikliyinin təsir etdiyiərzaq böhranıdır ki, bu da Azərbaycan hökumətindən aqrar sektoruninkişafına mənfi təsir edən amilləri aradan qaldırılmağı tələbedir. Əsas məsələ ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Buraəsasən ət məhsulları, quş əti, süd və süd məhsulları daxildir.Lakin taxılla tam təminat uzun illər ərzində mümkün olmayacaq.Hazırda bu göstərici 62% səviyyəsindədir. İndi hökumət bəzitədbirlər görür, artıq xüsusi proqram əsasında yeni növsubsidiyaların tətbiq edilməsinə başlanıb. Əgər proqram qarşıyaqoyulan məqsədi yerinə yetirməyə imkan versə o zaman yaxın 3-4 ilərzində Azərbaycan özünü ərzaqlıq buğda ilə 80% təmin edə bilər. Buməqsədə çatmağa kömək edən əsas amil isə azad edilmiş torpaqlardaəkin-biçin işlərinə başlanmasıdır. Şübhəsiz ki, Qarabağda və ŞərqiZəngəzurda yetişdiriləcək məhsullar ölkənin ərzaq təhlükəsizliyinintəmin edilməsinə ciddi təsir göstərəcək.

Bundan əlavə, ölkədə alternativ enerji mənbələrindən genişistifadənin tətbiqinə başlanması, yaşıl enerjiyə keçid dətəqdirəlayiqdir. Ölkəmizdə 230 meqavat gücündə Günəş ElektrikStansiyası istifadəyə verilib. 240 meqavatlıq külək elektrikenerjisi stansiyasının tikintisi isə yekunlaşmaq üzrədir. Bundanəlavə, Bakıda ümumi həcmi bir qiqavat olan üç Günəş və küləkelektrik stansiyasının təməli qoyulub. Bu sahədə görülən işlərinhəcmi Azərbaycanın mövcud potensialına tam adekvatdır. Çünkitexniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır.Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə,Azərbaycan iqtisadi baxımdan quruda 27 qiqavat həcmində Günəş vəkülək enerjisi istehsal edə bilər. Digər tərəfdən bu layihələrinicrasına dünyanın məşhur “Masdar”, “Acwa Power” və BP şirkətlərinincəlb olunması onu göstərir ki, Azərbaycan yaşıl enerjiyə keçiddəənənəvi neft-qaz şirkətlərinin əsas tərəfdaşıdır.

Görülən tədbirlərə baxmayaraq, qlobal iqlim dəyişikliyi hər gündaha çox hiss olunur, yayda qışı, qışda yayı yaşamaq kimi anomalhadisələr problemin görünən tərəfləridir. Bu böhranı yaradan isəinsandır, elə o özü də bu problemi aradan qaldırmalıdır. Qlobalmiqyasda hədsiz istilərin tez-tez baş verdiyi, rekordları alt-üstetdiyi və dünyada dağıdıcı fəlakətlərə səbəb olduğu bir vaxtdasivilizasiyanın və təbii aləmin yaşaması bizdən asılıdır. Dünyanınbizim sevgimizə həmişəkindən daha çox ehtiyacı var.

MTM Analitik Qrup

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
az.trend.az

2Mənbələr