Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Haberturk” məlumat yayıb. Xatırladaq ki, daha öncə “Bloomberg” mənbələrə istinadla Türkiyə hakimiyyətinin bir neçə ay əvvəl BRİKS-ə üzv olmaq üçün müraciət etdiyi barədə məlumat yayıb.