AZ

MSK sədri aşağı seçki komissiyalarının fəaliyyətindən razı olduğunu bildirib

Bakı. Trend:

Bizə irad bildirirlər ki, seçkilər sakit keçib.

Trend xəbər verir ki, bunuMərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədriMəzahir Pənahov deyib.

“Bizə namizədə çox görüş yeri təyin etməyimiz az qala iradbildirilir. Az qala hər namizəd 10 dəfə seçiciləriylə görüşkeçirib. Biz desəydik 16,13 namizəd üçün seçicilərlə görüşə cəmi 1ünvan var. Onda onu bizə irad bildirəcəkdilər. Mən aşağı seçkikomissiyalarının fəaliyyətindən ümumilikdə razıyam. Hansındapozuntu olubsa, biz onları araşdıracağıq. Mətbuat nümayəndələrindədə hansısa pozuntu faktı varsa, bizə təqdim etsin”, - MSK sədribildirib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
2
az.trend.az

10Mənbələr