AZ

Məzahir Pənahov: Aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyam

“Bizə irad bildirirlər ki, seçkilər sakit keçib”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Bizə namizədə çox görüş yeri təyin etməyimiz az qala irad bildirilir. Az qala hər namizəd 10 dəfə seçiciləriylə görüş keçirib. Biz desəydik 16,13 namizəd üçün seçicilərlə görüşə cəmi 1 ünvan var. Onda onu bizə irad bildirəcəkdilər. Mən aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyam. Hansında pozuntu olubsa, biz onları araşdıracağıq. Mətbuat nümayəndələrində də hansısa pozuntu faktı varsa, bizə təqdim etsin”, - MSK sədri bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
9
apa.az

10Mənbələr