AZ

Türkiyə hərbi gücünü genişləndirir: Dünyanın ən böyük sualtı bazası dünya mediasında

Türkiyənin aviasiya və dənizçilik sahəsində əldə etdiyi hərbi nailiyyətlər qlobal müdafiə mediasının diqqətini cəlb etməkdə davam edir. ABŞ media qurumları bu yaxınlarda dünyanın ən böyük sualtı bazası kimi təqdim etdikləri “Aksaz” bazasını öz manşetlərində işıqlandırıblar.

Publika.az xəbər verir ki, Türkiyənin əsas sualtı bazası olacaq “Aksaz”ı açması və öz sinfinin qabaqcıl platformalarından olan “Hisar-O” tərəfindən 40 kilometrdən çox məsafədə hava hədəflərini vurması ABŞ mərkəzli beynəlxalq mediada manşet olub. Belə ki, mətbuat orqanları Türkiyənin həm dənizçilik, həm də aviasiya sahəsində özünü təmin edən nadir ölkələrdən biri olduğuna diqqət çəkib. Təhlil məqaləsində qeyd edilib ki, Türkiyə dünyada yerli dəniz platformaları qura bilən, tam təchiz olunmuş milli hərbi dəniz bazalarına malik azsaylı ölkələr sırasındadır. Ankara quruda, dənizdə və havada hərbi gücünü genişləndirməyə davam edir.

ABŞ-ın qlobal müdafiə nəşri “Breaking Defense”də dərc olunan təhlil məqaləsində Muğlanın Marmaris rayonunda prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan Aksaz Gəmiqayırma Zavodu Komandanlığının Dəniz Bazasının əhəmiyyəti vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
49
publika.az

10Mənbələr