Koreya Respublikası bu tip pilotsuz uçuş aparatlarının (PUA) KXDR-də sınaqdan keçirilməsi fonunda bu il Polşadan kamikadze dronları almağı düşünür.
"Operativ Media" xəbər verir ki, bu barədə “The Korea Times” qəzeti Cənubi Koreya hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb .
Nəşrin məlumatına görə, Cənubi Koreya nümayəndə heyəti bu yaxınlarda PUA-ların imkanlarını və Cənubi Koreya ordusunun tələblərinə uyğunluğunu qiymətləndirmək üçün Varşavaya səfər edib.
Mediada yayılan məlumatlara görə, söhbət təxminən 200 pilotsuz təyyarənin alınmasından gedir.