AZ

“Mən təcrübəli oyunçuyam və bura həyəcan gətirmək istəyirəm”

“Çelsi”nin 24 yaşlı vingeri Ceydon Sanço London klubunda nəyə nail olmaq istədiyindən danışıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mançester Yunayted”dən “Çelsi”yə keçən ingiltərəli futbolçu təcrübəli oyunçu olduğunu bildirib:

“Qol vurmaq və məhsuldar ötürmə vermək istəyirəm. Mən təcrübəli oyunçuyam və “Stemford Bric”ə həyəcan gətirmək istəyirəm. Ümid edirəm ki, hər şey mənim ürəyimcə olacaq”.

24 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə iki matçın heç birində “Mançester Yunayted”in heyətində yer almayıb.

“Çelsi” Premyer Liqanın 3 turundan sonra 4 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
sportinfo.az

10Mənbələr