AZ

Kriştiano Ronaldo yenidən yığmaya dəvət aldı - Millətlər Liqası üçün

Portuqaliya millisi Millətlər Liqası oyunları üçün iştirak ərizəsini təqdim edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Siyahıya görə, ulduz futbolçu Kriştiano Ronaldo yenidən yığmaya dəvət alıb.

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Roberto Martinesin yetirmələri Xorvatiya və Polşa komandaları ilə qarşılaşacaqlar.

Hər iki qarşılaşma sentyabrın 5-də və 8-də, Portuqaliyanın doğma meydanında baş tutacaq.

Ronaldo 2003-cü ildən milli komandada çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
sportinfo.az

10Mənbələr