AZ

“Fortaleza” ilk dəfə zirvəyə yüksəldi!

Braziliya çempionatında keçirilən 24-cü turun oyunlarından sonra liderlər qrupunda vəziyyət dəyişdi.

A seriyasında “Botafoqo”nun liderliyi sona çatdı və zirvəni “Fortaleza” ələ keçirdi.
21-ci turdan sonra vahid liderliyə yüksələn “Botafoqo”nun səfərdə “Bayya”ya qarşı oyununun nəticəsi daha çox maraq doğururdu. Bu mövsüm çox yaxşı təsir bağışlayan meydan sahibləri rəqibinə ciddi rəqabət təklif etdilər. “Bayya” təxminən bərabər mübarizə şəraitində keçən matçda rio de janeyroluları qapıya dəqiq (6:4) və qeyri-dəqiq (9:5)zərbələr üzrə üstələdi. Qapıçı Con 6 seyv ilə qonaqların Salvadordan evə xalla dönməsində mühüm rol oynadı. “Bayya” liderdən xal alsa da 5-ci yerdən 6-ya gerilədi. Artur Jorjenin çalışdırdığı “Botafoqo” da bir pillə geri düşməklə liderliyi əldən verdi.

Salvadordakı matçın nəticəsi “Fortaleza”nın işinə yaradı. Evdə “Korintians”a minimal hesabla qalib gələn argentinalı Xuan Voyvodanın komandası qələbə seriyasını 5 oyuna çatdırmaqla liderliyi ələ aldı. Ehtiyatda bir oyunu olan “göy-qırmızılar”ın bu mövsüm ilk dəfə zirvəyə yüksəldiklərini də qeyd edək. Maraqlıdı, fortalezalılar ilk pillədə nə qədər qala biləcəklər?

Tura hərəyə 41 xalla uyğun olaraq 3-4-cü yerlərdə başlayan “Palmeyras” ilə “Flamenqo” hesabına maksimum xal yazdılar. “Pameyras” evdə “Kuyaba”nın qapısından 5 cavabsız top keçirməklə 3-cü yerdəki mövqeyini qorudu. Abel Ferreyranın komandası “Flamenqo”nu topların daha yaxşı fərqinə əsasən qabaqlayır.

“Flamenqo” evdə “Braqantino”ya 2:1 hesabıyla qalib gələrək çempionluq uğrunda mübarizəni davam etdirdi. Ehtiyatda bir oyunu olan Titenin komandası yeni lider “Fortaleza”dan 4 xal geri qalır.
“Bayya”nın büdrəməsindən maksimum yararlanan “San Paulu” 6-cı yerdən 5-ə yüksəldi. Tur “Fluminense” üçün də uğurlu alındı. Mövsümə çox zəif başlayan Libertadores Kubokunun son qalibi “Atletiko Mineyro” üzərində qələbə (2:0) ilə uzun müddət göründüyü təhlükəli zonanı tərk etdi.

24-cü tur
Bayya - Botafoqo RJ 0:0
Fortaleza – Korintians 1:0
Yaqo Pikaçu, 77.
Palmeyras - Kuyaba 5:0
Murilo, 15. Estevao, 27-p.; 32. Maurisio, 45+2. Felipe Anderson, 56.
Flamenqo - Braqantino 2:1
Mikael, 16. Raul, 59-öz qapısına – Duqlas Mendes, 57.
San Paulu – Vitoriya 2:1
Villiam, 6. Erik, 30 – Alerrandro, 62-p.
İnternasyonal – Kruzeyro 1:0
Borre, 70.
Atletiko Qoyaniense - Juventude 2:1
Urtado, 47. A.Krus, 90+11-p. - Dieqo Qonsalveş, 90+1.
Atletiko Mineyro - Fluminense 0:2
Serna, 23. Aryas, 59.
Krisiuma - Qremio 0:1
Monsalve, 86.
Vasku da Qama - Atletiko Paranaense 2:1
E.Rodriges, 68. Veqetti, 86 - Qabriel, 24.

1. Fortaleza 23 14 6 3 30-20 48
2. Botafoqo RJ 24 14 5 5 41-24 47
3. Palmeyras 24 13 5 6 36-19 44
4. Flamenqo 23 13 5 5 38-26 44
5. San Paulu 24 12 5 7 33-24 41
6. Bayya 24 11 6 7 33-25 39
7. Kruzeyro 23 11 4 8 31-25 37
8. Vasku da Qama 23 9 4 10 28-34 31
9. Atletiko Mineyro 22 7 9 6 29-31 30
10. Atletiko Paranaense 22 8 5 9 26-26 29
11. İnternasyonal 20 7 7 6 19-18 28
12. Juventude 23 7 7 9 28-32 28
13. Qremio 22 8 3 11 21-25 27
14. Braqantino 22 7 6 9 27-28 27
15. Krisiuma 22 6 7 9 30-33 25
16. Fluminense 23 6 6 11 18-26 24
17. Vitoriya 24 6 4 14 26-38 22
18. Korintians 24 4 10 10 20-30 22
19. Kuyaba 22 4 6 12 21-34 18
20. Atletiko Qoyaniense 24 4 6 14 20-37 18

Bombardirlər: Pedro (Flamenqo) – 10, Lusero (Fortaleza), Veqetti (Vasku da Qama) - 8, Lusiano (San Paulu), Estevao, X.Lopes (hər ikisi “Palmeyras”), Pitta (Kuyaba), Elinyo (Braqantino), Halk (Atletiko Mineyro) - 7.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
football-plus.az

2Mənbələr