AZ

“Fortaleza”nın liderliyi yalnız bir tur çəkdi - İCMAL

Braziliya çempionatında keçirilən 25-ci turun oyunlarından sonra lider yenidən dəyişdi. Əvvəlki turda A seriyasında zirvəni ələ keçirən “Fortaleza”nın liderliyi çox da çəkmədi.

Turun mərkəzi oyunu Rio de Janeyroda keçirildi. Bu mövsüm ilk dəfə liderliyə yüksələn fortalezalıların bəxtsizliyindən rəqib “Botafoqo” idi. Qələbə seriyasını 5 oyuna çatdırmaqla 1-ci yeri ələ alan Xuan Voyvodanın komandası çətin sınaqdan uğursuzluqla çıxdı. Matç ev sahiblərinin əhəmiyyətli üstünlüyü ilə keçdi. Artur Jorjenin çalışdırdığı “Botafoqo” qapıya dəqiq zərbələr üzrə rəqibini 11:1 hesabıyla üstələdi.

Qonaqların qapıçısının alqışalayiq oyun sərgilədiyini qeyd etməliyik. 35 yaşlı Joao Rikardo 9 seyvlə komandasını darmadağından qurtardı. “Botafoqo” yalnız son dəqiqələrdə vurduğu iki qolla layiq olduğu qələbəni qazandı. 23 yaşlı hücumçu İqor Jezus dubl etməklə turun mərkəzi oyununun qəhrəmanı oldu. Beləliklə, əvvəlki turda liderliyi itirən Jorjenin komandası çox keçmədən 1-ci yerə qayıtdı. Qələbə seriyası qırılan “Fortaleza” isə 2-ci yerə düşdü. Yeri gəlmişkən, ehtiyatda bir oyunu olan “göy-qırmızılar”ın çempionatın potensial lideri olduqlarını da qeyd edək.

Rio de Janeyrodakı matçın nəticəsi tura hərəyə 44 xalla uyğun olaraq 3-4-cü yerlərdə başlayan “Palmeyras” ilə “Flamenqo”nun işinə yaraya bilərdi. Amma ölkə nəhənglərindən yalnız biri turu qalib başa vurdu. “Pameyras” səfərdə “Atletiko Paranaense”nin qapısından iki cavabsız top keçirməklə 3-cü yerdəki mövqeyini qorudu. Abel Ferreyranın komandası indi liderdən4 yox, 3 xal geri qalır. “Flamenqo” isə ələ düşən eyni fürsətdən yararlana bilmədi. Titenin komandası səfərdə “Korintians”a 1:2 hesabıyla məğlub oldu. Son 5 oyunda alınan 3-cü məğlubiyyət “qırmızı-qaralar”ın 4-cü pillədəki mövqeyinə təsir etmədi. Ehtiyatda bir təxirə salınan oyunu olan “Flamenqo” liderdən 6 xal geri qalır.
“San Paulu” ilə “Bayya”nın turu məğlub başa vurması “Kruzeyro”ya mövqeyini yaxşılaşdırmaq imkanı verdi. Belu orizontelilər “Atletiko Qoyaniense” üzərində 3:1 hesablı qələbə ilə 7-ci yerdən 5-ə yüksəldilər.

Tur “Fluminense” üçün də uğurlu alındı. Mövsümə çox zəif başlayan Libertadores Kubokunun son qalibi “San Paulu”nu 2:0 hesabı ilə məğlub etməklə azarkeşlərini bir qədər də ümidləndirdi.

25-ci tur
Botafoqo RJ – Fortaleza 2:0
İqor Jezus, 73; 90+1.
Atletiko Paranaense - Palmeyras 0:2
Maurisio, 8. Estevao, 58.
Korintians - Flamenqo 2:1
Talles Manyo, 26. A.Romero, 60 – Pedro, 37-p.
Fluminense - San Paulu 2:0
Kaua Elias, 31. Keno, 90+1.
Braqantino - Bayya 2:1
Duqlas Mendes, 64. Qustavinyo, 90+5 – Lusiano Juba, 71.
Kuyaba - Krisiuma 2:1
Kleyson, 57. Lukas Fernandes, 67 – Artur Kayke, 35.
Qremio - Atletiko Mineyro 2:3
Breytueyt, 32. Kristaldo, 41 – Qustavo Skarpa, 73-p. Palasios, 90+5-p. Varqas, 90+6.
Kruzeyro - Atletiko Qoyaniense 3:1
Villiam, 9-p. Mateus Enrike, 25. Kayo Jorje, 56 – Kempbell, 33.
Vitoriya - Vasku da Qama 0:1
Joao Viktor, 72.
Juventude - İnternasyonal 1:3
Luis Oyama, 90+2 - Borre, 30. Qabriel Karvalyo, 34. Bernabey, 59.

5-ci turdan təxirə salınan oyun
Kruzeyro – İnternasyonal 0:0

19-cu turdan təxirə salınan oyun
Krisiuma – Braqantino 1:0
Marselo Ermes, 36.

1. Botafoqo RJ 25 15 5 5 43-24 50
2. Fortaleza 24 14 6 4 30-22 48
3. Palmeyras 25 14 5 6 38-19 47
4. Flamenqo 24 13 5 6 39-28 44
5. Kruzeyro 25 12 5 8 34-26 41
6. San Paulu 25 12 5 8 33-26 41
7. Bayya 25 11 6 8 34-27 39
8. Vasku da Qama 24 10 4 10 29-34 34
9. Atletiko Mineyro 23 8 9 6 32-33 33
10. İnternasyonal 22 8 8 6 22-19 32
11. Braqantino 24 8 6 10 29-30 30
12. Atletiko Paranaense 23 8 5 10 26-28 29
13. Krisiuma 24 7 7 10 32-35 28
14. Juventude 24 7 7 10 29-35 28
15. Qremio 23 8 3 12 23-28 27
16. Fluminense 24 7 6 11 20-26 27
17. Korintians 25 5 10 10 22-31 25
18. Vitoriya 25 6 4 15 26-39 22
19. Kuyaba 23 5 6 12 23-35 21
20. Atletiko Qoyaniense 25 4 6 15 21-40 18


Bombardirlər: Pedro (Flamenqo) – 11, Estevao (Palmeyras), Lusero (Fortaleza), Veqetti (Vasku da Qama) - 8.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
football-plus.az

2Mənbələr