AZ

Ayxan Hacızadə Avropa İttifaqı rəsmisinə CAVAB VERDİ

Bakı. Trend:

Seçkilər Azərbaycan Konstitusiyasına və onun milli qanunlarınatam uyğun olaraq keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlərNazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropaittifaqının seçkilərlə bağlı paylaşamına cavab olaraq "X" sosialmedia hesabında qeyd edib.

"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləriüzrə mətbuat katibi Peter Stanonun belə bir subyektiv iddia vəqərəzli siyasi mülahizəsi ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərləbağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır", - deyəpaylaşımda bildirilib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
az.trend.az

6Mənbələr