AZ

Antiterror tədbirləri Ermənistanın ikinci dəfə kapitulyasiya aktı imzalaması ilə nəticələndi - RƏY

Bakı. Trend:

Vaxtilə Rusiya kontingentinin müvəqqəti nəzarət etdiyiAzərbaycan ərazilərinə qarşı erməni silahlılarının fasiləsiz olaraqatəşkəsi pozması, ərazilərimizdə kütləvi mina basdırması vəölkəmizin ərazisindən uçan təyyarələrə qarşı radiomaneələrinyaradılması ölkəmizi erməni silahlılarına qarşı sərt tədbirlərgörməyə vadar edirdi.

Bunu Trend-ə açıqlamasında hərbi ekspertƏdalət Verdiyev deyib.

"Üçtərəfli birgə bəyanatın şərtlərinə zidd olaraq AzərbaycanınQarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələrinin mövcudluğunudavam etdirməsi Azərbaycan üçün qəbuledilməz idi. Ötən ilinsentyabr ayında baş tutan antiterror tədbirləri cəmi bir gündən dəaz bir müddətdə düşmənin doxsandan çox döyüş mövqeyinin darmadağınedilməsi və çox sayda strateji əhəmiyyət daşıyan ərazilərinAzərbaycanın nəzarətinə keçməsi və Ermənistan tərəfinin ikinci dəfəkapitulyasiya aktı imzalaması ilə nəticələndi.

Ermənistan tərəfi 10 min nəfərdən çox silahlı birləşmənin şəxsiheyətinə malik olmasına baxmayaraq, çox qısa bir müddətdə əllərindəolan silahları təhvil verərək, Azərbaycan ərazilərini tərk etdilər.Bununla da Azərbaycan müstəqilliyi dövründə ilk dəfə suverenliyinitam bərpa etdi. Erməni separatçı rejimin rəhbərləri olancinayətkarlar Azərbaycan tərəfindən həbs edildilər. Antiterrortədbirləri nəticəsində ərazilərimizdə separatçı rejimin ləğvedilməsi prosesi başa çatdı".

Siyasi şərhçi Tural İsmayılov isə bildirib ki,Prezident İlham Əliyevin qətiyyəti və siyasi liderliyi dünyatarixinə yeni yön verdi.

"Elm və kommunikasiyanın, imperializm və müstəmləkəçiliyinartdığı hazırkı dünya nizamında işğalı sonlandırmaq, separatçılığıvə terroru bitirmək, ərazi bütövlüyünü bərpa etmək əsrlər sonra daxatırlanacaq misilsiz hadisələrdəndir. Dünya dəyişdikcə və inkişafetdikcə siyasi mərkəzlər ədalətsizliyi, bərabərsizliyi trendəçevirməyə çalışır, üstəlik, qlobal pandemiyanın iqtisadi, siyasi vəpsixoloji təsirləri geosiyasi manevr imkanlarını daraldır, siyasimübarizəni, hərbi gücü çətinləşdirir.

Bu mürəkkəb və həssas dövrdə Prezident İlham Əliyevin XankəndidəAzərbaycan bayrağını ucaltması uzun illər davam edən Qarabağmanipulyasiyasına vurulan zərbə oldu. Prezident ötən il oktyabrın15-də Xankəndi şəhərinin mərkəzi meydanında və ətraf ərazilərdəAzərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla 20-ci əsrboyunca davam edən qəsbkarlıq, təcavüz və işğalçılıq zehniyyətiniməhv etdi".

Siyasi şərhçi bildirib ki, Azərbaycan öz suverenliyini tamolaraq bərpa edib.

"Hazırda ölkəmizin qarşısında duran ən önəmli hədəflərdən biriişğaldan azad olunmuş ərazilərdə məskunlaşmanı həyata keçirmək,şəhərdə infrastruktur layihələrini ən yüksək səviyyədə başaçatdırmaqdır. Xankəndidə dövlətin qarşısında duran vəzifələrinbaşında isə Azərbaycanın yuridiksiyasının bərpası prosesində əməliaddımların atılmasından ibarətdir.

Rəsmi Bakı Xankəndiyə qayıdacaq sakinlərin həyat şəraitinin dahayaxşı olması üçün bir çox layihələr həyata keçirib və bundan sonrada keçirəcək. Artıq bu məsələ ilə bağlı dövlətimizin başçısıtərəfindən tapşırıqlar verilib, həmin əraziyə komendant da təyinolunub".

Tural İsmayılov xatırladıb ki, Prezident İlham Əliyev oktyabrın15-də Xankəndi şəhərinə səfəri zamanı qayıdış prosesi və onundetalları ilə bağlı bir sıra mesajlar verdi.

O vurğulayıb ki, Xankəndi Qarabağda xüsusi şəhər tipli bölgəhesab edilir. Orada Azərbaycan Bayrağının dalğalanması və dövlətatributlarının qaldırılması böyük siyasi-mənəvi əhəmiyyətdaşıyır.

"Ötən əsrin əvvəllərindən başlayaraq Xankəndi ətrafında siyasioyunlar qurulurdu. Tarixin müxtəlif dövrlərində, təəssüf ki, buproseslər Azərbaycanın əleyhinə çevrildi. Prezident İlham Əliyevinvə Azərbaycan Ordusunun qətiyyəti sayəsində tarix boyunca davamedən anti-Azərbaycan siyasi maskaradının sonu çatdı.

Dövlətçilik tariximizin ən güclü dövrü məhz Prezident İlhamƏliyevin adı ilə bağlıdır. Ölkəmiz heç zaman bugünkü qədər güclüolmayıb. Azərbaycan Prezidenti şəraiti və siyasi münasibətlərsistemini dəqiq müəyyənləşdirən siyasi zəka sahibidir. Onun “nəyi,nə zaman və necə etməyi bilirəm” tezisi də bu baxımdan siyasiustalığın real göstəricisidir", - deyə o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
az.trend.az

4Mənbələr