AZ

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan hüquqşünas Yaşar Ağazadənin məhkəməsi başlayıb

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan hüquqşünas Yaşar Ağazadənin cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kənan Muxtarovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Yaşar Ağazadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Y.Ağazadə əvvəllər “Müxalifət” qəzetinin əməkdaşı olub. O, 2007-ci ildə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir müddət sonra isə əfv olunaraq azadlığa buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
apa.az

10Mənbələr