AZ

Dələduzluqda təqsirləndirilən nəşriyyat direktorunun keçmiş müavininin oğlu məhkəmə zalında həbs olundu

Külli-miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Ləbibovun cinayət işi məhkəməsi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş qismində Rüfət Əkbərov və Füzuli Cəfərov tanınıb.

Zərərçəkən şəxsin nümayəndəsi vəsatət verərək bildirib ki, təqsirləndirilən şəxsin 2 şəxsiyyət vəsiqəsi var: "Belə ki, o, həm də Rəşad Kərimov adında şəxsiyyət vəsiqəsi ilə istədiyi vaxt ölkəni tərk edə bilər. Xahiş edirəm onun barəsində həbs qətimkan tədbiri seçilsin".

Təqsirləndirilən şəxs Rəşad Ləbibov bildirib ki, 2-ci şəxsiyyət vəsiqəsini kompüterdə özü düzəltdiyini etiraf edib və ibtidai istintaq vaxtı heç bir çağırışdan yayınmayıb.

Hakim elektron sistemə baxaraq Rəşad Ləbibovun 2-ci şəxsiyyət vəsiqəsinin olduğunu aydınlaşdırıblar. Məlum olub ki, Rəşad sadəcə bunu özü üçün edib. Səbəb isə qarşı tərəf onun şəxsi məlumatlarını öyrənə bilməməsi olub.

Zərərçəkənin nümayəndəsinin vəsatətinə münasibət bildirən dövlət ittihamçısı Tural Yaqubov məsələni məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra işin məhkəmə baxışına verilməsi və Rəşad Ləbibovun məhkəmə zalından həbs olunması barədə qərar qəbul edib.

Məhkəmə prosesi sentyabr ayının 17-nə kimi təxirə salınıb.

İttiham aktına görə, Ləbibov Rəşad Ləbib oğlu 2 nəfərdən işə düzəltmək adı ilə Səbail rayonu ərazisində 95 min manat pul alıb, ancaq sonda vədinə əməl etməyib. Özü isə cinayət işi başlayana kimi paytaxtda olan nəşriyyatların birində çalışıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırmalar zamanı məlum olub ki, Rəşad Ləbibov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğludur.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
e-huquq.az

10Mənbələr