AZ

Lamin Yamal La Liqada daha bir rekorda imza atdı

İspaniya La Liqasının 4-cü turunda “Valyadolid”ə qarşı ev oyunu (7:0) “Barselona”nın yeniyetmə vingeri Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Yamal bu oyunda komandasının qələbəsinə “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovskiyə məhsuldar ötürməsi ilə töhfəsini verib.

Beləliklə Yamal “Barselona”nın keçmiş futbolçusu Boyan Krkiçin 18 yaşa qədər futbolçular arsında İspaniya La Liqasında qol fəaliyyəti üzrə rekordunu qırıb.

İndi Yamalın hesabında qollar və məhsuldar ötürmələrin cəmi üzrə 14 bal var (42 oyunda 6 qol və 8 məhsuldar ötürmə).

Boyan Krkiçin nəticəsi isə 13 baldan ibarətdir.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
3
arena.az

4Mənbələr