Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağının ərazisində Amerika Birləşmiş Ştatlarının ( ABŞ ) hərbi bazası raket atəşinə tutulub.
Bu barədəSuriyanın Şam FM radiosu məlumat yayıb.
“Deyr əz-Zorun şimal-şərqindəki Koniko qaz yatağına bir neçə raket atılıb və güclü partlayış səsləri eşidilib”, - materialda deyilir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.