AZ

Özəldən Kılıçdaroğluna qarşı açılan cinayət işinə sərt reaksiya

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğluna qarşı cinayət işi açılıb.

“Cebheinfo.az” xəbər verir ki, onun 3,5 il həbs və siyasətdən uzaqlaşdırılması tələb olunur.

Bununla bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamə də qəbul edilib.

Kılıçdaroğlunun 2014-cü ildə YPG-nin terror qruplaşması olmadığına dair verdiyi açıqlama buna səbəb olub.

O, terroru təbliğ etməkdə günahlandırılır. Siyasətçi barədə şikayəti isə Milliyətçi Hərəkat Partiyası (MHP) verib. Kılıçdaroğlunun ilk məhkəməsi 3 dekabrda keçiriləcək.

CHP sədri Özgür Özəl də Kılıçdaroğlu haqqında açılan cinayət işinə sərt reaksiya verib:

“Kamal Kılıçdaroğlu üçün belə hallar gəldi-gedərdi. Bir öncəki partiya sədrini həbs etmək üçün mövcüd sədrin cəsədini çeynəməlidirlər. Hodri meydan! İndiyə kimi CHP-nin hansı sədrini qorxutmusunuz ki, Kılıçdaroğlunu qorxuda biləcəyinizi düşünürsünüz?”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
50
cebheinfo.az

10Mənbələr