Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı işdə iştirak edənlərin həbs müddətini uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidməti məlumat verib.
“Moskvanın Basmannı rayon məhkəməsinin qərarları ilə Ş.Qadoyev, Z.A.İsmoilov, M.A.Soliyev, U.A.Soliyev, X.Ə.Xamidov həbs müddətini dekabrın 1-dək uzadıb”, - mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Terrorda 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.
Gülayə Mecid