AZ

Xərçəngdən əziyyət çəkən Əməkdar artist danışdı: "Qismətim belə imiş"

"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür". 

Milli.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb:

"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun". 

Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb:

"Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var". 

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
16
milli.az

10Mənbələr