AZ

Efiopiyada torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

Yerli mətbuatın məlumatına görə, Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Sürüşmə nəticəsində 23 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

2700 nəfər evlərini tərk etmək məcburiyyətində qalarkən, təxminən 2 min hektar əkin sahəsi dağılıb.

Vilayət rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım işlərinə başlayıb.

Efiopiya Meteorologiya İnstitutu güclü yağışlar səbəbindən sürüşmə riskinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
5
aznews.az

6Mənbələr