AZ

İstanbul leysandan sonra - Video

Bu gün səhər saatlarından yağan yağış İstanbulda bir sıra fəsadlara yol açıb. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, leysan səbəbindən İstanbulda Kabataş tramvay xəttini su basdığından reyslər dayandırılır. Karaköydə isə bəzi iş yerləri su basıb. 

Bununla yanaşı, avtomobil yollarında toplanan su maşınların hərəkətinə əngəl törədib. Eyni zamanda, Taksimdə küçələr, eləcə də Gülhane Parkının girişi su altında qalıb. 

İstanbulda yağışın önümüzdəki günlərdə də davam edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
3
qafqazinfo.az

4Mənbələr