AZ

İstanbul leysandan sonra - VİDEO

Bu gün səhər saatlarından yağan yağış İstanbulda bir sıra fəsadlara yol açıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, leysan səbəbindən İstanbulda Kabataş tramvay xəttini su basdığından reyslər dayandırılıb. Karaköydə isə bəzi iş yerlərini su basıb.

Bununla yanaşı, avtomobil yollarında toplanan su maşınların hərəkətinə əngəl törədib. Taksimdə küçələr, eləcə də Gülhane Parkının girişi su altında qalıb.

İstanbulda yağışın növbəti günlərdə də davam edəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
milli.az

4Mənbələr