AZ

Efiopiyanın şimalında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb

Efiopiyanın

Bakı, 26 avqust, AZƏRTAC

Efiopiyanın şimalındakı Amhara əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 23 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyi təbii fəlakətlərin qarşısının alınması üzrə regional idarəyə istinadla məlumat yayıb. Daha əvvəl 10 nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, avqustun 24-ü axşam saatlarında Efiopiyanın şimal bölgəsində torpaq sürüşməsi baş verib. Təbii fəlakətlə əlaqədar 2,7 mindən çox insan təxliyə edilib.

Bölgədə əməliyyat-axtarış tədbirləri aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
azertag.az

10Mənbələr