AZ

Rusiyanın Poltavaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatdı

Rusiya Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Gundem.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Bundan başqa, 271 nəfər yaralanıb. 25 nəfərin həyatını xilas etmək mümkün olub, onlardan 11-i dağıntıların altından çıxarılıb.

Xilasedicilər qeyd ediblər ki, təlim korpusunun altı mərtəbəli binasının dağıntıları altında beş nəfər ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
gundem.az

10Mənbələr