"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib:
"Laçın bu gün yeni bərpa-inkişaf dövrünü yaşayır. İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçında da cənab Prezident ilk öncə nəqliyyat infrastrukturunun bərpasına böyük əhəmiyyət verir. Rayonda yeni avtomobil yolları, tunellər, keçidlər inşa olunur. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən hava limanın uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq, burda 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Şübhəsiz ki, hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq".
Alim Hüseynli
Olaylar.az