AZ

Laçının işğaldan azad edilməsi bizim üçün olduqca əhəmiyyətli idi- ÖZƏL

"Laçının işğaldan azad edilməsi bizim üçün həm də Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi baxımından olduqca əhəmiyyətli idi. Ermənistan bir qədər əvvəl qeyd etdiyim kimi, qanunsuz olaraq ermənilərin Laçında məskunlaşmdırılması siyasətini həyata keçirməklə bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü  dəhliz kimi onların nəzarətinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu röyası da baş tutan deyil".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib:

"Laçın bu gün yeni bərpa-inkişaf dövrünü yaşayır. İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçında da cənab Prezident ilk öncə nəqliyyat infrastrukturunun bərpasına böyük əhəmiyyət verir. Rayonda yeni avtomobil yolları, tunellər, keçidlər inşa olunur. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.  Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən hava limanın  uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq, burda 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.  Şübhəsiz ki,  hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
olaylar.az

10Mənbələr