Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tərəflər enerji sektorunda əməkdaşlığı müzakirə ediblər.
“Biz enerji məsələlərində əməkdaşlığa xüsusi diqqət yetirməklə ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etməyə davam etdik”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.