AZ

Saç boyayan kişilərin ciddiyyəti şübhə yaradır — Sabir Rüstəmxanlı

Ağ saçlar ömrün şöhrət tacıdır. Bir ömür yaşanan bütün acılı-şirinli günlərin bəhrəsidir. İnsan təbii şəkilə gəlmiş  xarici görkəmini dəyişməməlidir. 

Bu sözləri Demokrat.az-a açıqlmasında Xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, kişilərin saç boyaması yolverilməzdir:

“Qadınlar təbii ki, başa düşüləndir, onlar saçlarını boyayır, rəngdən-rəngə salırlar. Amma kişilərin saç,qaş, bığ boyaması gülüncdür. Doğurdan da, həmin adamların ciddiyəti şübhə yaradır. Kişilərin belə bir addım atmasına isə pis baxıram”.

Xalq şairi həmçinin estetik əməliyyat edənlərə də münasibətini bildirib:

“Bu dəqiqə Azərbaycan qadınlarının hamısı elə bil bir qəlibdən çıxıblar. Hər kəs eyni estetik əməliyyat etdirir. Hamısı biri-birinə bənzəyir. Bu xəstəlikdir. Təəssüf ki, cəmiyyətimiz elə bir yerə gəlib ki, buna ictimai qınaq da yoxdur. Ailələrdə də bu məsələyə bir o qədər də ciddi yanaşılmır.  Bu da bir xəstəlikdir və təkcə psixoloji xəstəlik deyil, bu, həm də həmin adamları fiziki xəstəliklərə aparır”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
12
demokrat.az

10Mənbələr