AZ

Çempionlar Liqası: “Araz-Naxçıvan” qrupda ikinci yeri tutub

Çempionlar

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” ilkin mərhələdə sonuncu oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu İsveçin “Uddevalla” kollektivi ilə qarşılaşıb.

Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da qrupu 9 xalla birinci pillədə tamamlayan “Uddevalla” əsas mərhələyə yüksəlib. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv isə 6 xalla ikinci yeri tutaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk iki turda müvafiq olaraq “Sparta Belfast”ı (Şimali İrlandiya) 7:1, “Sillamae Silla”nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
azertag.az

2Mənbələr