AZ

Çempionlar Liqası: Təmsilçimiz qrupda ikinci yeri tutub

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə sonuncu oyununa çıxıb. H qrupunda yer alan ölkə çempionu İsveçin “Uddevalla” kollektivi ilə qarşılaşıb.
Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla qrupu 9 xalla birinci pillədə tamamlayan “Uddevalla” əsas mərhələyə yüksəlib. “Araz-Naxçıvan” isə 6 xalla ikinci yeri tutaraq mübarizəni dayandırıb. Qeyd edək ki, “Araz-Naxçıvan” ilk iki turda müvafiq olaraq “Sparta Belfast”ı (Şimali İrlandiya) 7:1, “Sillamae Silla”nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
affa.az

2Mənbələr