AZ

“Araz-Naxçıvan” ÇL-də mübarizəni dayandırdı

style='margin-bottom:10px;'>

Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçına çıxıb.

QOL.az xəbər verir ki, Vitali Borisovun komandası B qrupunda İsveç “Uddevalla”sı ilə qarşılaşıb və 3:4 hesabı ilə uduzub. Bununla da, təmsilçimiz turnirdə mübarizəni dayandırıb.

 Reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. “Uddevalla” növbəti mərhələyə adını yazdırıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk matçında Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”a 7:1, Estoniya çempionu “Sillamae Silla”ya isə 7:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
teleqraf.com

3Mənbələr