AZ

“Araz-Naxçıvan” ÇL-də mübarizəni dayandırdı

"Araz-Naxçıvan" bu gün futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Vitali Borisovun komandası H qrupunda İsveç “Uddevalla”sı ilə qarşılaşıb və 3:4 hesabı ilə uduzub. Bununla qrupu 9 xalla birinci pillədə tamamlayan “Uddevalla” əsas mərhələyə yüksəlib. “Araz-Naxçıvan” isə 6 xalla ikinci yeri tutaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk matçında Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”a 7:1, Estoniya çempionu “Sillamae Silla”ya isə 7:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
football-plus.az

3Mənbələr