AZ

ÜST-ə mpoxla mübarizəyə altı ayda 135 milyon dollar lazımdır

Meymunçiçəyi (mpox) ilə mübarizə altı ay ərzində 135 milyon dollar maliyyə tələb edəcək.

7Times.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.

Cenevrədə diplomatik brifinqdə çıxış edən o, mpox xəstəliyinin yayılmasına qarşı hərtərəfli və əlaqələndirilmiş beynəlxalq reaksiyaya ehtiyac olduğunu bildirib.

“Bu işi maliyyələşdirmək və epidemiyanı mümkün qədər tez dayandırmaq üçün ilkin hesablamalarımız belədir ki, strateji hazırlıq və cavab tədbirləri planı növbəti altı ay ərzində epidemiyanın kəskin mərhələsi üçün təxminən 135 milyon dollar tələb edəcək. Artan ehtiyaclar fonunda bu məbləğin yüksələcəyi ehtimal edilir”.

Onun sözlərinə görə, ÜST 2024-cü ildə mpox ilə mübarizə üçün fövqəladə ehtiyat fondundan təxminən 1,5 milyon dollar ayırıb və yaxın günlərdə donor maliyyəsi gələnə qədər bu məqsədlə daha çox vəsait ayırmağı planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
7times.az

10Mənbələr