AZ

ABŞ bu raketləri də Ukraynaya təhvil verəcək – Bayden açıqladı

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər, pilotsuz uçuş aparatları və tank əleyhinə silahlar, eləcə də digər döyüş sursatlarından ibarət yeni paketi təhvil verəcək.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.

Silah paketinə həmçinin pilotsuz uçuş aparatları və tank əleyhinə raketlər də daxil olacaq.

Bundan əlavə, Amerika lideri növbəti silah paketinə digər döyüş sursatları və “mobil raket sistemləri”nin də daxil olacağını vurğulayıb.

Qeyd edək ki, ABŞ Ukraynaya 125 milyon dollar dəyərində növbəti hərbi yardım paketini köçürməyi planlaşdırır./globalinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
26
turkustan.az

10Mənbələr